İDMAN
Kriştianu Ronaldu 14 milyon avro cərimə ödəməyə hazırdır
Bakı, 18 may, AZƏRTAC
“Real Madrid” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu İspaniyada vergidən yayınma ilə bağlı işi bağlamaq üçün 14 milyon avro cərimə ödəməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, Ronaldu İspaniya hökumətinə vergi borcunu - 14,8 milyon avronu ödəməməkdə ittiham olunur.
Otuz üç yaşlı futbolçu İspaniyanın vergi qanunvericiliyinin pozulmasına dair dörd şikayəti qəbul edib. Daha əvvəl o, vergi xidmətini 3,8 milyon avro ödəməyi təklif edib, lakin agentlik imtina edib. Ronaldo 2009-cu ildə “Mançester Yunayted”dən “Real Madridə” keçib. Portuqaliyalı dörd dəfə Çempionlar Liqasının qalibi olub, eləcə də “Qızıl top”un sahibidir. Həmçinin İspaniya və İngiltərə çempionudur.
Futbolçu 2016-cı ildə milli komandanın heyətində Avropa çempionatını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]