İDMAN


Kriştianu Ronaldunun oğlu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib

Bakı, 9 dekabr, AZƏRTAC

“Yuventus”un hücumçusu Kriştianu Ronaldunun oğlu Turin klubunun 9 yaşadək futbolçulardan ibarət komandasının heyətində iştirakçısı olduğu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib.

AZƏRTAC xəbər verir ki, 9 yaşlı kiçik Ronaldunun komandası finalda “Kyeri”yə 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub. Ronaldunun oğlu bu turnirdə 3 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayından “Yuventus”da oynayır. Onun oğlu da həmin vaxtdan İtaliya klubunun akademiyasına qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.