MƏDƏNİYYƏT
Kristin Tenq: “Azərbaycanda tətil” sərgisi vasitəsilə sanki Bakını gəzdim
Paris, 2 oktyabr, AZƏRTAC
Burada nümayiş olunan əsərlər Azərbaycanı yaxından tanımağa imkan yaradır. Sanki bu tablolar vasitəsilə Bakı şəhərinə səyahət etdim, şəhərin cazibəsini duydum.
Bu fikri “Azərbaycanda tətil” sərgisini ziyarət edən stilist Kristin Tenq AZƏRTAC-a müsahibəsində bildirib.
Qeyd edib ki, əsərlərdə əks olunan qadın obrazları ötən əsrin 50-ci illərini xatırladır. Janrın, eləcə də mövzuların müxtəlifliyi diqqəti cəlb edir. Tarixi və müasir binalara müraciət olunması çox maraqlıdır. Rəssamın əsərlərində zəriflik və harmoniya duyulur, gözəlliyin müxtəlif şəkildə təzahürü görünür. Rəng seçimi yüksəkdir.
Bütün bu tablolara baxanda Azərbaycan səyahət etmək arzum yaranır və həqiqətən də bu arzunu reallaşdıracağam.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris