REGİONLAR


Kross qaçışı üzrə Ordubad rayon açıq turnirində 50 idmançı qələbə uğrunda mübarizə aparıb

Ordubad, 25 iyun, AZƏRTAC

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan yarışda Ordubadla yanaşı, Naxçıvan şəhəri, Babək, Culfa və Şahbuz rayonlarını təmsil edən komandalar da (ümumtəhsil məktəblərinin atletika klubları) iştirak edib. Hər komandadan 5 qız, 5 oğlan atlet olmaqla, ümumilikdə, 50 idmançı qələbə uğrunda mübarizə aparıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyası tərəfindən birgə təşkil olunan yarış atletika idman növlərində kütləviliyin təmin olunması və istedadlı idmançıların müəyyənləşdirilərək yığma komandaya cəlb edilməsi məqsədilə keçirilib.

Ordubad şəhər–Kotam kənd magistral yolunda 3000 metrlik məsafədə keçirilən turnirin nəticələrinə əsasən, oğlanlar arasında Murad Cəfərov (Ordubad rayonu) finişə hamıdan qabaq çatıb. O, məsafəni 22 dəqiqə 36 saniyə ərzində qət edib. Əliabbas Səfərovla (Naxçıvan şəhəri) Səid Yəhyayev (Ordubad rayonu) müvafiq olaraq ikinci-üçüncü sıralarda qərarlaşıblar. Qızlar arasında isə Naxçıvan şəhər təmsilçisi Sevinc Əliyeva 27:01 dəqiqəlik göstərici ilə birinciliyə nail olub. Nilufər Quliyeva (Naxçıvan şəhəri) ilə Rəna Cəfərova (Ordubad rayonu) turnirin ikinci-üçüncü pillələrində qərarlaşıblar.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov yarışın əhəmiyyətindən bəhs edib, maraqlı idman mübarizəsinə görə iştirakçılara təşəkkürlərini bildiriblər.

İlk üçlükdə qərarlaşan və fərqlənən atletlərə təşkilatçıların diplom və medalları təqdim edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.