İDMAN
Kşiştof Piatek “Milan”ın 20 illik rekordun təkrarlayıb
Bakı, 23 fevral, AZƏRTAC
İtaliyanın “Milan” klubunun polşalı transferi Kşiştof Piatek komandanın 20 illik rekordun təkrarlayıb.
AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, polşalı hücumçu İtaliya A Seriyasının 25-ci turunda “Empoli”nin qapısına bir qol vuraraq klubun heyətində ilk dörd görüşün hər birində fərqlənməyə nail olub. O, 20 ildən çox müddətdə bu rekordu təkrarlayan növbəti futbolçu olub. Ümumilikdə isə Kşiştof Piatek “Milan”ın heyətində 6 oyunda meydana çıxıb və 7 qolla yadda qalıb.
Polşalı İtaliya A Seriyasında bombardirlər cədvəlində 18 qolla Kriştianu Ronaldudan sonra ikinci yerdədir.
Qeyd edək ki, Piatek cari mövsümün ortasında “Cenoa” klubundan “Milan”a 45 milyon avroya transfer olunub. Onunla beşillik müqavilə imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]