DÜNYA


Kuala-Lumpur aeroportunda elektron qeydiyyat sistemi sıradan çıxıb

Tokio, 23 avqust, AZƏRTAC

Malayziyada yerləşən Kuala-Lumpur aeroportu elektron qeydiyyat sisteminin sıradan çıxması ilə əlaqədar sərnişinlərə uçuşdan dörd saat əvvəl aeroporta gəlməyi tövsiyə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 23-də aeroport administrasiyasının yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, sərnişinlərə aeroporta gecikməmək və aviaşirkətin saytından ya da mobil əlavədən istifadə edərək qeydiyyatdan keçmək tövsiyə olunur. Məlum olmayan səbəblərə görə, avqustun 22-dən 23-nə keçən gecə aeroportun idarəetmə sisteminin işində problem yaranıb. Nəticədə sərnişinlərin qeydiyyatı və baqajın qəbulu masası sıradan çıxıb. Bununla yanaşı, məlumatların xətsiz ötürülməsi, mağazalarda bank kartları vasitəsilə satış dayanıb.

Yaranan nasazlıq “Emirates”, “All Nippon Airways” və digər aviaşirkətlərə məxsus onlarla təyyarənin uçuşuna təsir edib.

Dünyanın ən çox yüklənən aeroportları arasında 23-cü yeri tutan Kuala-Lumpur aeroportu Cənub-Şərqi Asiyanın ən böyük nəqliyyat mərkəzlərindən biri hesab edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.