RƏSMİ SƏNƏDLƏR


Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümünə səbəb olan yanğın barədə xəbər məni dərindən kədərləndirib.

Mən Sizə və yanğın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Raul Kastro Rus

Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının Sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin