DÜNYA


Kubada oteldə partlayış nəticəsində 22 nəfər həlak olub

Bakı, 7 may, AZƏRTAC

Kubanın paytaxtı Havana şəhərinin mərkəzində “Saratoqa” otelində baş verən partlayışda 22 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Kuba hökuməti bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb. Məlumatda bildirilir ki, xəstəxanalarda 64 nəfər zərərçəkən var ki, onlardan da 14-ü azyaşlıdır. Axtarış-xilasetmə əməliyyatının başa çatması ilə bağlı məlumat hələlik açıqlanmayıb.

Faciənin qaz sızması səbəbindən baş verməsi ehtimal olunur.

Bundan əvvəl faciədə həlak olanların sayının 18 olduğu bildirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.