MƏDƏNİYYƏT


Kubalı rəssamın 60 il əvvəl çəkdiyi əsərlər sərgilənib

Bakı, 8 avqust, AZƏRTAC

ABŞ-da Mayami Peres İncəsənət Muzeyində kubalı rəssam Mariano Rodrigezin muzeylərdən və şəxsi kolleksiyalardan toplanmış 60 il əvvəl çəkdiyi rəsm əsərləri ictimaiyyətə təqdim edilib.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, bu sərgi rəssamın məşhur əsərlərinin çeşidini göstərməklə yanaşı, onun dünyada tanınan fırça ustalarından biri olduğunu izləyicilərə təqdim edir.

Mayami rəssamın rəsm əsərlərinin ikinci sərgi məkanı olduğunu vurğulayan kurator Elizabet Thomson illər əvvəl belə bir sərginin Monakoda keçirildiyini deyib: “Bu, məkanda sərgilənən əsərlər doğma Havanada San Alexandro İncəsənət Akademiyasında təhsil almış, daha sonra Nyu-Yorkda məskunlaşmazdan əvvəl Meksika və Parisdə təhsilini davam etdirmiş rəssam Mariano Rodrigezin sənətindəki ən önəmli incilərindəndir”.

Qeyd edək ki, rəssam Mariano Rodrigezin əsərlərini dünyanın bir çox məşhur muzeylərində görmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.