DÜNYA


Kubanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər həlak olub

Bakı, 6 dekabr, AZƏRTAC

Rusiyanın Krasnodar diyarında təcili tibbi yardım maşını “VAZ-2114” markalı avtomobillə toqquşub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident Nekrasovskaya kəndi rayonunda qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilində olan 6 nəfər, o cümlədən 2 azyaşlı uşaq həyatını itirib, bir nəfər isə yaralanıb. Həmçinin təcili tibbi yardım maşınının 3 əməkdaşı da xəsarət alıb. Həkimlər bütün yaralıların vəziyyətinin son dərəcə ağır olduğunu bildirirlər.

Hazırda qəzanın baş verdiyi ərazidə polis əməkdaşları fəaliyyət göstərir. Hadisə ilə bağlı təhqiqat başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.