İDMAN


Kubanın “EcuRed” internet ensiklopediyasına “Qarabağ” futbol klubu haqda məqalə əlavə edilib

Vaşinqton, 23 oktyabr, AZƏRTAC 

Kuba Elmi və Texnoloji Məlumat İnstitutunun nəzdində fəaliyyət göstərən “EcuRed” internet ensiklopediyasına (www.ecured.cu) Azərbaycanın “Qarabağ” futbol klubu haqda məqalə əlavə edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə klubun yaranma tarixindən bəhs edilir, Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan “Qarabağ”ın rəsmi olaraq ölkəmizin işğal edilmiş Ağdam rayonuna məxsus olduğu bildirilir.

Məqalədə qeyd olunur ki, Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğalından sonra “Qarabağ” futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb.

Daha sonra ensiklopediyada komandanın rəmzləri, o cümlədən özündə Qarabağ atlarını əks etdirən klubun emblemi, həmçinin “Qarabağ”ın oyun üslubu, tarixi nəticələri və komandanın baş məşqçisi Q.Qurbanov haqda məlumatlar verilir.

Qeyd edək ki, rəsmi statistikaya əsasən “EcuRed” internet ensiklopediyası Kubanın dövlət və hökumət təşkilatları, o cümlədən ali təhsil ocaqları, yerli kütləvi informasiya vasitələri tərəfindən istinad edilməsi üçün ən çox istifadə olunan məlumat mənbəyi və internet portalıdır.

“EcuRed” ensiklopediyasına əlavə edilmiş sözügedən məqalənin tam mətnini aşağıdakı link vasitəsilə oxumaq mümkündür:https://www.ecured.cu/Equipo_de_f%C3%BAtbol_Karabaj_Agd%C3%A1m

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.