MƏDƏNİYYƏT
Kukla Teatrı “Ələddin” tamaşasını onlayn nümayiş etdirəcək
Bakı, 30 may, AZƏRTAC
Mayın 31-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “YouTube” kanalında “Ələddin” tamaşasını nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, “Min bir gecə” nağıllarından birinin – “Ələddinin sehrli çırağı” əsasında Əməkdar artist Nicat Kazımovun səhnələşdirdiyi tamaşa daim maraqla izlənilən nümunələrdəndir.
Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə olan tamaşa məşhur qəhrəmanlıq nağılını əks etdirir. Ələddin, Şah, Budur, Vəzir, Ana, Cəllad obrazları vasitəsilə təqdim olunan tamaşa balaca izləyicilərə əzmkarlıq, mübarizlik və qəhrəmanlıq hissləri aşılayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [15:47]
“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb
- 19.03.2024 [14:23]
"Qədim Şabran" abidəsində Novruz şənliyi VİDEO
- 19.03.2024 [13:29]
Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar
- 19.03.2024 [12:08]
Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb
- 19.03.2024 [12:00]
Azərbaycan poeziyası İspaniyada
- 19.03.2024 [00:01]