MƏDƏNİYYƏT


Kukla Teatrı azyaşlı tamaşaçılarını yenidən sevindirəcək

Bakı, 16 yanvar, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədəki hesabları vasitəsilə azyaşlı tamaşaçıları üçün “Qoğal” tamaşasını nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, yanvarın 17-də saat 12:00-da göstəriləcək tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.

Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə bilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.