MƏDƏNİYYƏT


Kukla Teatrı növbəti dəfə uşaqları “Qoğal” tamaşası ilə sevindirəcək

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 27-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Qoğal” tamaşası nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.

Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə biləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.