MƏDƏNİYYƏT
Kuklaçıların “Kuklandiya”sı
Bakı, 2 dekabr, AZƏRTAC
Vaxtaşırı sorağı müxtəlif beynəlxalq teatr festivallarından gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının peşəkar kuklaçıları bu dəfə də qardaş Qazaxıstana səfərə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, onlar ölkəmizi Qazaxıstanın Karaqanda vilayətində keçirilən “Kuklandiya” adlı IV Beynəlxalq Açıq Kukla Teatrları Festivalında təmsil edəcəklər.
Karaqanda Akademik Musiqili Komediya Teatrının təşkilatçılığı ilə keçirilən ənənəvi festival dekabrın 2-dən 5-dək davam edəcək. Əsasən Xəzəryanı ölkələri əhatə edən builki festivalda Azərbaycanla yanaşı 10-a yaxın musiqili komediya və kukla teatrı iştirak edir.
Teatr yarışında festivalın təşkilat komitəsinin dəstəyi ilə iştirak edən kuklaçılarımız orada “Ağ və Qara” tamaşasını nümayiş etdirəcəklər. Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikova, Azərbaycan dilinə tərcümə edəni Dilsuz Mustafayevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]