REGİONLAR
Külək və dolu Ağdam rayonunda fəsadlar törədib VİDEO
Ağdam, 21 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Mayın 21-də yağış və dolu ilə müşahidə olunan güclü külək Ağdam rayonunun yaşayış məntəqələrinə ziyan vurub.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildiriblər ki, güclü külək nəticəsində fərdi evlərin və yardımçı binaların dam örtükləri uçub, elektrik naqilləri sıradan çıxıb. Nəticədə bir sıra yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Taxıl zəmilərinə, pambıq tarlalarına, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına ciddi ziyan dəyib.
Dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində rayon fövqəladə hallar komissiyası tərəfindən iş aparılır.