İDMAN


“Küləklər şəhəri”ndə Formula 1 həyəcanı davam edir VİDEO

Bakı, 29 aprel, AZƏRTAC

Bakıda keçirilən Formula 1 Qran-Prisində ilk sərbəst yürüşlər və sıralanma turu zamanı havanın temperaturu 22 dərəcə təşkil edib. Bu da pilotlar üçün əlverişli olub.

AZƏRTAC xəbər verir ki, dünən axşamdan başlayan güclü külək bu gün də davam edir. Bakı küləyi pilotların işini çətinləşdirib. Belə ki, Formula 2 üzrə ikinci yarışda dörd qəzanın baş verməsi bunun bariz nümunəsidir.

Mütəxəssislər proqnozlaşdırırlar ki, külək Formula 1 Azərbaycan Qran-Prisinədək səngiməsə pilotların işi çətin olacaq. Onlar rəqibləri ilə yanaşı, külək ilə də mübarizə aparmalı olacaqlar. Külək Formula 1 yarışını daha maraqlı və həyəcanlı edəcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi bu gün saat 16:10-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.