ELM VƏ TƏHSİL


Kulinariya üzrə ikinci respublika çempionatı başlayıb

Bakı, 9 oktyabr, AZƏRTAC

“Peşə təhsili müəssisələri tələbələrinin kulinariya üzrə II respublika çempionatı” başlayıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə Turizm və Sosial Xidmətlər, Emal Sənayesi, Mədəniyyət və Sənətkarlıq, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzləri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, Bakı Turizm Peşə Məktəbinin tələbə və təlim ustalarından ibarət 7 komanda iştirak edir.

Beş gün davam edəcək yarışda gənc kulinarlar milli mətbəx nümunələri, şirniyyat hazırlanması və çay süfrəsinin tərtibi üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qaliblərin mükafatlandırılması mərasimi oktyabrın 20-də - Beynəlxalq Kulinariya Günündə keçiriləcək. Qaliblər medal, sertifikat və kubokla təltif olunacaq.

Yarış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.