MƏDƏNİYYƏT


Kulinarlarımız Almaniyada beynəlxalq yarışmada iştirak ediblər

Berlin, 21 fevral, AZƏRTAC

Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulumuz Otto Hauzer Azərbaycan aşpaz komandasını bu şəhərdə keçirilən aşpazlar Olimpiadasında qarşılayıb.

AZƏRTAC xəbər verir ki, komandaya Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov rəhbərlik edib.

Yarışmaya 40-dan çox ölkənin milli komandaları qatılıb. Ştutqart ikinci dəfə dünyanın ən böyük beynəlxalq yemək sərgisinə ev sahibliyi edib. Növbəti olimpiada dörd il sonra yenə də Ştutqartda keçiriləcək.

Bu yarışmaya ilk dəfə qatılan Azərbaycan komandasının iştirakından məmnunluğunu ifadə edən Otto Hauzer deyib: “İştirak qələbələrdən daha vacibdir”.

İlk turlarda komanda 28 iştirakçı arasında dördüncü yeri tutub. Təəssüf ki, bu olimpiya kürsüsündə yer almaq üçün kifayət etməsə də, komanda üçün əlamətdar bir qiymətləndirmə olub. Ancaq 4 il sonra Azərbaycan kulinariya mədəniyyətini və yeməklərini beynəlxalq auditoriyaya təqdim etmək üçün yeni bir şans daha var.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.