CƏMİYYƏT


Külli miqdarda aksiz markası olmayan siqaretin realizə edilməsinin qarşısı alınıb

Bakı, 17 may, AZƏRTAC

Külli miqdarda aksiz markası olmayan siqaretrin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə üzərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan tütün məmulatlarının saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub. Yaradılan əməliyyat qrupunun üzvləri "Ford Transit" markalı yük nəqliyyat vasitəsinin Binəqədi rayonu ərazisində yerləşən "Elit" ticarət mərkəzinin arxasında dayandığını müəyyən edib. Baxış zamanı 16 ədəd sellofan torbalarda yerləşdirilib, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 40 min 280 ədəd "King nano charge 4", 17 min 200 ədəd "King nano charge 3" və 200 ədəd "King nano charge 1" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.