CƏMİYYƏT
Külli miqdarda balıq kürüsünün ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 20 iyul, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda balıq kürüsünün ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı vasitəsilə baxış keçirərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus baqajın içərisində bir ədəd qarağat doldurulmuş irihəcmli şəffaf rəngli plastik qabda ümumi çəkisi 4312 qram olan qara rəngli balıq kürüsü aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]