CƏMİYYƏT


Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 25 iyun, AZƏRTAC 

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 23-24-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 8,7 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolu polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb, həmçinin yabanı halda bitmiş, çəkisi 5 tona yaxın 10 minədək çətənə kolu məhv edilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunun Yeni Həyat kənd sakini Qabil Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 57 çətənə kolu, evindən isə 5 kiloqram 520 qram marixuana və 67 çətənə toxumu aşkarlanıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Səpnəkəran kənd sakini Xanlar Mehdiyevə məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 29 çətənə kolu və çəkisi 2 kiloqram 715 qram marixuana götürülüb.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Rzayevdən 460 qram marixuana aşkarlanıb.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları isə Bayan kəndi ərazisində çəkisi 2900 kiloqram olan 8400, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları isə Malay kəndi ərazisində çəkisi 450 kiloqram olan 1200 ədəd yabanı halda bitmiş çətənə kollarını yandıraraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.