CƏMİYYƏT


Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 16 yanvar, AZƏRTAC

Respublikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 117 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Həmin narkotik vasitənin 13 kiloqrama yaxınını heroin, 7,2 kiloqramını tiryək, 15,6 kiloqramını həşiş və 81 kiloqramdan çoxunu marixuana, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 900-dən çox çətənə kolu təşkil edib.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.