CƏMİYYƏT


Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Masallı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 2,6 kiloqramdan çox tiryək, həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.