CƏMİYYƏT


Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə 1,2 kiloqram heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.