CƏMİYYƏT


Külli miqdarda psixotrop maddə aşkarlanıb

Bakı, 6 may, AZƏRTAC

İrandan Azərbaycana külli miqdarda psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub. Məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Yusubov Mahir Əbdülağa oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi, sellofan torbaların içərisində polietilenə bükülərək qablaşdırılmış bir ədəd bağlamada, xalis çəkisi 1028 qram olan psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.