CƏMİYYƏT


Külli miqdarda qida əlavəsinin bəyan edilmədən ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 17 aprel, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qida əlavəsinin gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fakt Urumçi-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin baqajda invoysda göstərilməyən və gömrük orqanına bəyan edilməyən 18 min 322 ədəd qida əlavəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.