CƏMİYYƏT
Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb
Bakı, 20 iyul, AZƏRTAC
Tovuz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, idarəyə daxil olan əməliyyat məlumatı əsasında "Sınıq Körpü" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 8 min ədəd siqaret aşkarlanaraq götürülüb.
Azərbaycan vətəndaşı olan daha bir şəxs isə minik avtomobilində ölkə ərazisinə 4 min ədəd siqaret keçirmək istəyib. Lakin gömrükçülərin sayıqlığı nəticəsində üzərində aksiz markası olmayan siqaretlər "Sınıq Körpü" gömrük postunda aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]