CƏMİYYƏT


Külli miqdarda valyutanın gömrük sərhədindən bəyan edilmədən keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 10 avqust, AZƏRTAC

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana “Mersedes Benz Travego” markalı avtobusla gedən Türkiyə Respublikasının iki vətəndaşının üzərində “Sınıq Körpü” gömrük postunda şəxsi yoxlama aparılıb. Baxışdan öncə, həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə üzərində 1000 türk lirəsinin olduğunu bildirib.

Lakin yoxlama zamanı hər iki şəxsin üzərində gömrük nəzarətindən gizlədilən ümumilikdə 40 min ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.