CƏMİYYƏT


Kultivasiya yolu ilə yetişdirilən çətənə kolu və qurudulmuş marixuana aşkar edilərək götürülüb

Bakı, 12 iyul, AZƏRTAC

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yevlax rayon sakini R.Məhərrəmovun yaşadığı Aşağı Qarxun kəndindəki evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu və 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.