CƏMİYYƏT
Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 10 sentyabr, AZƏRTAC
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılqaya qəsəbə sakini A.Şamilovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 9 çətənə kolu aşkar edilərək götürülüb.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Böyük Qəcər kənd sakini, əvvəllər məhkum olunmuş E.Əhmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə kolu aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.