Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Kultivasiyası, dərmanlaması vaxtlı-vaxtında aparılan sahənin məhsulu da bax belə olmalıdır” – Biləsuvarın pambıq tarlalarından reportaj VİDEO

Rayonun pambıq sahələrindən bu günədək 7500 ton məhsul tədarük olunub

Biləsuvar, 27 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Bu il Biləsuvarın pambıq tarlalarında bol məhsul yetişdirilib. Qısa vaxtda pambıq sahələrindən 7500 tondan çox yüksəkkeyfiyyətli xam məhsul toplanaraq emal müəssisələrinə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, son illər pambıqçılığın inkişafına göstərilən dəstək Biləsuvarı yenidən ölkənin pambıqçılıq rayonları arasında qabaqcıl təcrübənin ünvanına çevirib. Rayon fermerlərinin bu ənənəvi və əməktutumlu sahəyə marağı daha da artıb. Kütləvi məhsul yığımı davam edən Biləsuvarda bu il 955 fermer və sahibkar 4 tədarükçü şirkətlə müqavilə əsasında 7 min 459 hektar sahədə çiyid səpini həyata keçirib. Böyük zəhmət bahasına yetişdirilən bol məhsulun tez və itkisiz yığılması üçün hazırda rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarəti ilə 50-yə yaxın kombayn və 100-dən artıq qoşqulu nəqliyyat vasitəsi pambıq tarlalarına səfərbər olunub. Sahələrdən gündəlik 550-600 tondan çox pambıq tədarük olunur. Bu günədək istehsalçılar 7500 tondan artıq məhsulu emal müəssisələrinə təhvil veriblər.

Əkdiyi pambığı vaxtında və itkisiz yığmağa çalışan fermer Qabil Bağırov deyir ki, məhsuldarlıq yüksəkdir: “Məhsulumuz 45 sentneri keçəcək. Bu torpaqlar aşağı keyfiyyət qrupuna aid - 3–cü qrup torpaqlardır. Sovet dövründə 20 sentnerdən artıq məhsul götürmək olmurdu. Hazırda bu torpağa düzgün yanaşma, düzgün becərmə, aqrotexniki qulluq nəticəsində yüksək məhsul əldə etmişik. Yüksək texniki qulluq nəticəsində məhsulumuz çox yaxşıdır. Dövlətimiz də bizi daim himayə edir. Pambıq əkininə normal subsidiyalar verilir. Güzəştli gübrə, dərman preparatlarından da yararlanırıq. Bu da öz nəticəsini məhsuldarlıqda göstərir”.

Müasir texnikalarla təmin olunduqlarını söyləyən fermer Əliyar Rzayev isə bildirib ki, subsidiyalardan faydalanaraq əkin sahələrini daha da genişləndiriblər. “Əkdiyimiz pambıq Türkiyə sortudur. Özəlliyi ondan ibarətdir ki, bizim torpaqlara uyğunlaşıb, yəni regionlaşıb. Məhsuldarlıq da əvvəlki toxumlara baxanda qat-qat yüksəkdir”, - deyə o əlavə edib.

Fermer Atəş Məmmədov da sahəsində yığım aparır. Onun sözlərinə görə, sahəni vaxtında arat etdiklərinə görə, məhsuldarlıq da yüksəkdir: “Vaxtında arat eləmişik. Ziyanvericilərə qarşı bütün tədbirləri görmüşük. Kultivasiyası, dərmanlaması vaxtlı-vaxtında aparılan sahənin məhsulu da bax belə olmalıdır. Aşağısı 35-40 sentner məhsul gözləyirik. Bəzi sahələrdən isə daha yüksək - 50 sentner məhsul götürəcəyimizə ümid edirik”.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovun sözlərinə görə, builki mövsümdə pambıqçılıqda atılan mütərəqqi addımlardan biri Aqrar Subsidiya Şurası tərəfindən əkin subsidiyasının əvəzinə məhsul subsidiyasının hesablanmasıdır. Bu il həm də pambıq mövsümündə ilk dəfə olaraq tədarükçü şirkətlərin qərarı ilə iki dəfə ayrı-ayrı tarixlərdə pambığın alış qiymətinin artırılması, istehsalçıların da böyük marağına səbəb olub. Yerli mütəxəssislər bildirirlər ki, ötən il rayon pambıqçıları topladıqları 21 min tona yaxın “ağ qızıl”dan təxminən 6 milyon manatdan çox gəlir əldə ediblər. Bundan əlavə, toplanmış məhsula görə fermerlərin kartlarına 2 milyon 67 min manat məbləğində subsidiya ödənilib.

Qeyd edək ki, 2022-ci ildə pambıq emalı və tədarükü məntəqələri satın alınan məhsulun hər tonuna görə qiyməti 100 manat artırıblar. Ötən il 1-ci sort pambığın bir tonu 700 manata alınırdısa, bu il qiymət 800 manata qaldırılıb. Aqrar Subsidiya Şurası 2022-ci il pambıq mövsümü üçün yalnız məhsul subsidiyası vermək barədə qərar qəbul edib. Məhsul subsidiyasının miqdarı hər tona görə 70 manat artırılıb. Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə dövlətdən 170 manat məhsul subsidiyası alacaqlar. Dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi pambıq becərən fermerlərin bu il milyonlarla manat əlavə gəlir əldə etməsinə səbəb olacaq. Çünki məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

 

“Kultivasiyası, dərmanlaması vaxtlı-vaxtında aparılan sahənin məhsulu da bax belə olmalıdır” – Biləsuvarın pambıq tarlalarından reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub