ELM VƏ TƏHSİL


“Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə dinlənilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə Qaradağ rayonundakı məktəblərin kollektivi, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov “Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə oxuyub.

Tədbirdə rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təranə İsmayılova Bilik Fondunun maarifçilik istiqamətində həyata keçirdiyi layihələri yüksək dəyərləndirib.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.