İDMAN


Kunq-fu idmançılarımız İtaliyada dünya kuboku yarışında iştirak edəcəklər

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Kunq-fu Federasiyasının (AKF) idmançıları növbəti beynəlxalq yarışa hazırlaşırlar.

AKF-nin vitse-prezidenti Orxan Qəribli AZƏRTAC-a bildirib ki, idmançılarımız martın 27-31-də İtaliyada keçiriləcək kunq-fu üzrə dünya kuboku yarışında iştirak edəcəklər. Yığma komandamız artıq təlim-məşq toplanışına start verib. Kişilərdən ibarət komanda yarışa baş məşqçi, dünya və Avropa çempionu Ramil Allahverdiyevin rəhbərliyi ilə hazırlaşır. Dünya kuboku turnirində ötən il respublika çempionatında qalib gələn idmançılarımız güclərini sınayacaqlar.

“İnanıram ki, bu yarışdan da əliboş qayıtmayacağıq. Beynəlxalq arenada himnimizi səsləndirmək, üçrəngli şanlı bayrağımızı dalğalandırmaq üçün var gücümüzlə hazırlaşırıq”, - deyə Orxan Qəribli bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.