İDMAN


Kunq-fu üzrə açıq Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı, 7 fevral, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Kunq-fu Federasiyasının birgə təşkilatçılığı ilə açıq paytaxt çempionatı keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən yarışda 25 komandanın heyətində 250-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Çempionatda Bakı ilə yanaşı, bölgələrdən gəlmiş yeniyetmə və gənclər də qüvvələrini sınayıblar. Yeniyetmələrin yarışında Asim İsmayılov (45 kq) və Tahir İsmayılov (48 kq) bütün rəqiblərinə qalib gəliblər.

Gənclərin mübarizəsində isə Sahil Əsgərov (42 kq), İbrahim Soltanov (52 kq), Rəşad Rufullayev (60 kq), Hüseyn Rəsulzadə (65 kq) və Bəxtiyar Orucov (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.