İDMAN


Kunq-fu üzrə açıq Bakı kuboku turniri keçiriləcək

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 12-13-də Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə paytaxt və bölgələrdən 200-ə yaxın idmançı iştirak edəcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kunq-Fu Federasiyası tərəfindən keçiriləcək yarışda bütün yaş kateqoriyasında olan idmançılar mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.