REGİONLAR


Kür çayı sahilində yeni nasos stansiyası tikilir

Kürdəmir, 21 avqust, AZƏRTAC 

Kürdəmir rayonunun Muradxan-Pirili massivində bu ildən əkin dövriyyəsinə qatılan 4500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə hazırlanan layihə-smeta sənədlərinə əsasən, ərazini su ilə təmin edəcək Muradxan kanalının su ötürmə qabiliyyəti 2 kub saniyədən 3,5 kub saniyəyə qədər artırılacaq. Hazırda işlər podratçı şirkət olan “Xəzər inşaat E” MMC tərəfindən görülür. İndiyədək kanalın sağ sahilində 1,8 kilometrlik hissəyə 65 min kubmetr torpaq daşınıb və bəndbərkitmə işləri aparılıb.

Layihə çərçivəsində kanala su Kür çayından vurulacaq və bunun üçün Çərtəyəz nasos stansiyasının da tikintisinə başlanılıb. Artıq stansiyasının binasının dəmir-beton bünövrəsi qoyulub və beton divarların qaldırılması üçün armatur torlar toxunur.

İşlərin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.