CƏMİYYƏT


Kür çayında batan şəxslərdən birinin cəsədi FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılıb

Bakı, 9 iyul, AZƏRTAC

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin ərazidə batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu və 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.