CƏMİYYƏT


Kür çayında batan şəxslərin axtarışına FHN-in dalğıc-axtarış qrupu cəlb olunub

Bakı, 9 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonunun Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.