CƏMİYYƏT


Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub

Bakı, 23 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq keçirib.

Departamentdən AZƏRTAC-a bildirilib ki, iyulun ikinci ongünlüyündə Kür çayında suyun sərfi iyulun birinci ongünlüyünə nisbətən saniyədə 2 kubmetr artaraq saniyədə 121 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Ağstafaçay su anbarında, Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və Birinci Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,60-7,90 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.