REGİONLAR


Kür çayında dibdərinləşdirmə işlərinə başlanılıb

Salyan, 15 aprel, Mahir Babayev, AZƏRTAC

Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində lilsorma və dibdərinləşdirmə işlərinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdə suyun səviyyəsinin günbəgün aşağı düşməsi nəticəsində çayın bəzi yerlərində adalar əmələ gəlib, suyun axını xeyli zəifləyib. Mövcud problemi həll etmək məqsədilə çayın Salyanın Xocalı və Neftçalanın Qardaşbəyli kəndlərinin ərazisindən keçən hissəsinə lilsorma gəmisi gətirilib. Artıq bir neçə gündür lilsoran gəmi vasitəsilə həmin ərazidə dibdərinləşdirmə işləri aparılır. Qısa müddətdə çayın 200 metr hissəsində lilsoran gəmi ilə su səthi 14 metrə qədər aşağı salınıb. İlkin mərhələdə çayın 1 kilometrdən artıq hissəsinin lilsoran gəminin köməyi ilə dərinləşdirilməsi nəzərdə tutulub.

Mütəxəssislərin fikrincə, Kürdə dibdərinləşdirmə işləri aparılmasının daşqınların qarşısının alınmasında müsbət rolu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.