CƏMİYYƏT


Kür çayının Ağstafa rayonunun Poylu qəsəbəsindən keçən hissəsində kişi meyiti aşkarlanıb

Kür çayının Ağstafa rayonunun Poylu qəsəbəsindən keçən hissəsində kişi meyiti aşkarlanıb

Bakı, 21 may, AZƏRTAC

Ağstafa Rayon Polis Şöbəsinə Kür çayının rayonun Poylu qəsəbəsindən keçən hissəsindəki kiçik adada naməlum meyitin aşkarlanması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AZƏRTAC-a bildirib ki, məlumatla əlaqədar rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, çayda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində naməlum kişi meyiti üzə çıxıb. Boyu 165 santimetr olan 45-55 yaşlı kişi meyitinin üzərində zorakılıq əlamətləri yoxdur, boğazında mənzil açarı var.

Bu barədə məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, 022 225-25-52, 050 583-41-02 telefon nömrələrinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.