CƏMİYYƏT


Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb

Bakı, 2 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən gün ərzində bəzi yerlərdə intensiv yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 20-40 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 116 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla normanın 62 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 32 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 38 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil edir ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 316 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 107 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi dəyişməyib və 58 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 22 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 12 santimetr artaraq 150 santimetr olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.