CƏMİYYƏT
Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 20 santimetr azalıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 120, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 50-150, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 50-150 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 128 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 85 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 67 faizinə bərabərdir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 51 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 86 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 373 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 231 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 2 santimetr azalıb və 191 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 90 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 20 santimetr azalaraq 185 santimetrə bərabər olub.