CƏMİYYƏT


Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb

Bakı, 18 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-60 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, avqustun 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 79 kubmetr olmaqla ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 95 kubmetr olmaqla ongünlük normanın 71 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 11 kubmetr olmaqla ongünlük normanın 16 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 39 kubmetr təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Avqustun 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqəsində 1, Bankədə 6 santimetr azalma, Şirvanda 2 santimetr artım qeydə alınıb. Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 350 (2016-cı il avqustun 18-də 359 sm), Şirvanda 215, Salyanda 138 (2016-cı il avqustun 18-də 150 sm), Bankədə 181 (2016-cı il avqustun 18-də 188 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 santimetr (2016-cı il avqustun 18-də 70 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.