CƏMİYYƏT


Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 10 santimetr artıb

Bakı, 19 iyul, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-80, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 110-140 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, iyulun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 83 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 40 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 55 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 49 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 9 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 10 faizinə bərabərdir.

İyulun 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 318 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 57 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 1 santimetr azalıb və 69 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 158 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 3 santimetr azalaraq 27 santimetr təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.