CƏMİYYƏT
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə əsasən, sentyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 125 kubmetr olmaqla ongünlük normanın 90 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 90 kubmetr təşkil etməklə ongünlük normanın 65 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 61 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici saniyədə 12 kubmetr təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.
Sentyabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində üç, Şirvanda altı, Salyanda səkkiz, Bankədə iki santimetr azalma qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 (2017-ci il sentyabrın 17-də 321 sm), Şirvanda 183 (2017-ci il sentyabrın 17-də 189 sm), Salyanda 127 (2017-ci il sentyabrın 17-də 124 sm), Bankədə 173 (2017-ci il sentyabrın 17-də 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 28 santimetrə (2017-ci il sentyabrın 17-də 60 sm) bərabərdir.