CƏMİYYƏT


Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 22 santimetr artıb

Bakı, 23 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 130 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 40-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla 90-120 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 97 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 63 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 46 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 52 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 9 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 13 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişməyərək 315 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 51 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 2 santimetr artıb və 70 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 160 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr azalaraq 20 santimetr olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.