CƏMİYYƏT


Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 26 santimetr azalıb

Bakı, 29 iyun, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, iyunun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 26 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 160 kubmetr olmaqla ongünlük normanın 40 faizidir. 2017-ci ildə isə bu rəqəm saniyədə 175 kubmetr təşkil etməklə ongünlük normanın 43 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 89 kubmetr olmaqla ongünlük normanın 54 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 143 kubmetr təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.

İyunun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 2, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma qeydə alınıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 335 (2017-ci il iyunun 29-da 382 sm), Şirvanda 189 (2017-ci il iyunun 29-da 277 sm), Salyanda 117 (2017-ci il iyunun 29-da 207 sm), Bankədə 177 (2017-ci il iyunun 29-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr (2017-ci il iyunun 29-da 95 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.