CƏMİYYƏT


Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayın Qalakənd məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb, Zəyəmçayın Ağbaşlar məntəqəsində 1 santimetr azalıb, Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı və Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb, Təngərüdçayın Vaqo məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 110 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normadan 68 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 2,1 dəfə azdır.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 17,1 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 18 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 18 dəfə azdır.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi 98 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 24 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 9 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 133 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 1 santimetr azalaraq 79 santimetr, su sərfi isə saniyədə 12,5 kubmetr təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.